Servislər
Suvarma sistemi dizaynı

Avtomatik Suvarma Sisteminin Dizaynı və Hesablanması
Avtomatik suvarma sisteminin effektiv işləməsi düzgün layihələndirmədən başlayır. Ərazi analiz edilir, torpaq növü, su mənbəyi və təzyiq göstəriciləri nəzərə alınaraq sistem planı hazırlanır. Məqsəd suyun bütün sahəyə bərabər və optimal şəkildə paylanmasını təmin etməkdir.
Layihəyə Nələr Daxildir?
Ərazinin planının hazırlanması
Suvarma zonalarının bölünməsi
Avadanlıqların yerləşmə sxemi
Boru xətlərinin planlaşdırılması
Texniki hesablama və su sərfiyyatı analizi
Sistem Necə Hesablanır?
Hesablama zamanı su təzyiqi, boru diametri, zonaların sayı və eyni anda işləyən xəttlərin yükü nəzərə alınır. Hər zona ayrıca analiz olunur ki, su çatışmazlığı və ya təzyiq itkisi yaranmasın. Bu mərhələ sistemin stabil və balanslı işləməsi üçün kritik əhəmiyyət daşıyır.
Əməliyyat və Texniki Nəzarət
Quraşdırma prosesi mərhələli şəkildə həyata keçirilir və hər addım test olunur. Avadanlıqların düzgün qoşulması, proqramlaşdırma və son yoxlama sistemi istifadəyə tam hazır vəziyyətə gətirir. Peşəkar yanaşma uzunmüddətli və problemsiz istismarın əsasını təşkil edir.
Yüklənir...